"Tələbələr skuterlə gedib-gəlsin, elə də baha deyil" — Deputat

“Gənclər və tələbələr skuterlərdən istifadə etməlidir”. Avtosfer.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında şəhərdəki sıxlıqdan və tıxaclardan danışan deputat Aydın Hüseynov deyib.
O bildirib ki, dərslər başladıqdan sonra şəhərdə tıxaclar daha da artır:

“Yollarda xeyli müddətdir velosiped zolaqları mövcuddur. Mən düşünürəm ki, əslində biz gənclərimizi, tələbələrimizi o velosiped yollarından istifadəyə öyrətməliyik. Qoy gənclərimiz velosipedlərdən, skuterlərdən istifadə etsinlər, elə də baha deyil, nümunə olsunlar. Ümumilikdə isə velosiped zolaqlarının, avtobus yollarının olması daha məqsədəuyğundur, nəinki velosiped zolaqlarının məhdudlaşdırılması. Avtobus yollarının ayrı olması, onların sayının artırılması daha yaxşı olar. Bu, tələbələr üçün daha əlverişlidir”.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












