Tələbələrə ictimai nəqliyyatda güzəştlər ediləcək? – Deputatdan AÇIQLAMA

Dünyada olduğu kimi Azərbaycanda da ictimai nəqliyyat, metro və avtobuslardan istifadə edənlərin böyük əksəriyyətini tələbələr təşkil edir. Təhsil alan gənclərin əsas gəlir mənbəyi valideyn dəstəyi və tələbə təqaüdüdür. Universitetlərin çoxu Bakıda yerləşdiyi üçün regionlardan paytaxta gələn tələbələrin büdcəsində kirayə haqları, dərs ləvazimatları, geyimlə yanaşı nəqliyyat xərcləri də mühüm yer tutur.
Hazırda Azərbaycanda ictimai nəqliyyatda tələbələr üçün xüsusi güzəştli tarif mövcud deyil. Tələbə təqaüdləri isə onların akademik göstəricilərindən asılı olaraq 110, 160, 200 manat təşkil edir ki, bu da bütün tələbələri əhatə etmir. Gündəlik dərsə gedən və bir neçə nəqliyyat vasitəsindən istifadə edən tələbələr aylıq olaraq 100 manata yaxın yola pul xərcləməli olurlar.
Bəzi ölkələrdə isə təqaüdçülərə, tələbələrə nəqliyyatda xüsusi güzəştlər tətbiq edilir ki, bu da onların maddi yükünü azaltmağa kömək edir.
Xüsusilə, aztəminatlı ailələr, sığınacaqlarda yaşayan tələbələrə güzəşt olunmaması onların durumunu daha çətin edir.
Bəs hansı güzəştlər tətbiq oluna bilər? Təkliflər nədən ibarətdir?
Avtosfer.az xəbər verir ki , mövzu barədə Bizim.Media ilə fikirlərini bölüşən deputat Elşad Musayev deyib ki, Azərbaycanda ciddi nəqliyyat problemi var:
“Bundan da ən çox əziyyət çəkənlərdən biri tələbələrdir. Çünki tələbələrin daha çox dəstəyə ehtiyacı var. Xüsusilə də rayondan gələn tələbələr var ki, həm kirayədə qalırlar, həm nəqliyyat xərclərini ödəməli olurlar. Tələbələrin nəqliyyat problemlərinin həll olunması üçün ölkədə nəqliyyat problemi həll olunmalıdır və paralel olaraq da vəsait olmalıdır.
Tələbənin özünün vəsaiti olarsa, ictimai nəqliyyatdan istifadə eləməz, taksidən istifadə edər. Vəsait olmadıqda isə ictimai nəqliyyatdan istifadə edir. Ona görə də biz ictimai nəqliyyata xüsusi diqqət yetirməliyik. Dövlətimiz əlində olan imkanlar daxilində tələbələrin təqaüd məsələsini həll eləməyə çalışır. Hesab edirəm ki, tələbələrin təqaüdü artmalıdır, amma bu bizim büdcəmizə, iqtisadi potensialımıza, iqtisadi gücümüzə bağlı olan məsələdir. İlk növbədə biz iqtisadiyyatımızın daha sürətlə inkişafına nail olmalıyıq, əmək məhsuldarlığını artırmalıyıq”.
Deputatın sözlərinə görə, universitetlərin də həvəsləndirici tədbirləri olmalıdır:
“Xaricdə təqaüd, burs verirlər, hesab edirəm biz bu məsələni də həll eləməliyik. Dünya təcrübəsində var ki, ödənişli təhsil alan və yaxşı oxuyan tələbələr ödənişdən azad olunurlar, eyni zamanda, onlara təqaüd verilir. Söhbət özəl universitetlərdən gedir. Hesab edirəm ki, bu, özəl universitetlərdə tətbiq olunmalıdır.
Bu, dövlət universitetlərində ödənişli şərtlərlə təhsil alanlara da şamil oluna bilər. Çünki dövlət universitetlərinin özünün də büdcəsi var. Həvəsləndirmə olmalıdır ki, tələbələr daha yaxşı təhsil alsınlar, daha yaxşı oxusunlar və gələcəkdə də daha yaxşı mütəxəssis kimi dövlətimizə, millətimizə xidmət eləsinlər”.
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI










