Tərxis olunan hərbi qulluqçular üçün mühüm xəbər: Müddət uzadıldı

Azərbaycanda tərxis olunan hərbi qulluqçuların qeydiyyata düşmə müddəti 3 gündən 7 günə uzadılır.
Əsas yeniliklər:
* Yeni müddət: Ehtiyata buraxılan vətəndaşlar yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün 7 gün ərzində müvafiq quruma müraciət etməlidirlər.
* Məqsəd: Bu dəyişiklik hərbi xidmətdən dönənlərin qeydiyyat prosesini asanlaşdırmaq üçün təklif olunub.
* Status: Qanun layihəsi artıq parlamentin Gənclər və idman komitəsində müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu24.com-a açıqlama verib.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci bəndinə əsasən Vətəndaşlar (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Əsgər rütbəsi ilə tərxis olunanlar hərbi bileti ilə, zabit, gizir və müddətdən artıq hərbi qulluqçu kimi tərxis olunanlar isə təyinat vərəqələri ilə 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan zabit, gizir və miçmanların hərbi qeydiyyatı və hərbi uçotu haqqında Təlimata əsasən ehtiyatda olan zabit, gizir və miçmanların hərbi qeydiyyat və hərbi uçot işinin aparılmasına dair xidmətin strukturuna daxil olan qurumların ümumi vəzifələrinə ehtiyatda olan zabit, gizir və miçmanlar hərbi qeydiyyat və hərbi uçot qaydalarını pozduqda, çağırış üzrə Xidmətin strukturuna daxil olan qurumlara üzürlü səbəblər olmadan gəlmədikdə, hərbi bileti qəsdən korladıqda və ya etinasız saxlanılması nəticəsində itirdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qanuna müvafiq tədbirlərin görülməsi aiddir. Belə ki, üzrlü səbəb olduqda vətəndaş bununla bağlı sənəd təqdim etməlidir. Müvafiq sənədə baxıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci bəndinə əsasən Vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə yüz manat məbləğində cərimə edilir”.
Ramazan ayının yeddinci gününün duası - İmsak və iftar vaxtı
Hansı avtomobil markalarını bazara çıxararkən qısa vaxtda satmaq mümkündür? - ARAŞDIRMA
Qəza zamanı bu hallar baş versə, mütləq cərimələnəcəksiz - Sürücülərə vacib xəbər
188 Yükdaşıma və Evakuasiya Xidmətindən şikayət - 3 aydır maaşımı vermirlər
Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR









