Toyuq məhsullarında qalan tüklər təhlükəlidirmi? - Ekspert AÇIQLADI

Son zamanlar bəzi mağazalarda satışa çıxarılan toyuq məhsullarının üzərində tüklərin qalması istehlakçılar arasında narazılıq yaradıb. Bəzən uzun, bəzən isə xırda tüklərin təmizlənmədən qalması alıcılar tərəfindən xoş qarşılanmır.
Bəs bu hal nə dərəcədə normaldır? Toyuq emalı zamanı tüklərin tam təmizlənməməsinin səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, "Redaktor.az"a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, tək-tük tüklərin qalması qida təhlükəsizliyi baxımından məhsulun keyfiyyətsiz olması anlamına gəlmir:
"Burada alıcı məmnuniyyəti, vizual görüntünün ürəkaçan olmaması məsələsidir, təbii ki, bu da müştərilərin haqlı narazılığı ilə qarşılanır. Gün ərzində milyardlarla toyuğun bu cür formada, yəni tüklərinin təmizlənməsi təbii ki, rezin barabanlar vasitəsilə həyata keçirilir. Toyuqların həmin o dərin tük təbəqəsi ki var, həmin tüklər çox zəif olur və bunlar yarıda qırılaraq dərinin içində qalırlar".
Ekspert qeyd etdi ki, broyler təsərrüfatlarında yetişdirilən quşlar əslində “toyuq” deyil, cücələrdir:
“Bu quşlar adətən 23–40 günlük olur. Yaşları az olsa da, xüsusi yemlərlə sürətlə çəkiləri artırılır. Həmin o cücələrin yalnız bədəni şişirdilir, yəni bədəni həmin o qarışıq yemlərlə, kökəldici yemlərlə böyüdülür, yaş isə özlüyündə az olaraq qalır. Broyler işi ilə məşğul olanlar belə onlara toyuq demir, özləri öz aralarında “cücə” deyə müraciət edirlər. Məsələn, “bu gün neçə cücə kəsildi?”, “sabah neçə cücə kəsiləcək?” – bu cür müraciət forması işlədilir".

Onun sözlərinə görə, tüklərin qalmasının digər səbəblərindən biri istehsal prosesində yetərli nəzarətin olmamasıdır.
"Digər məsələ normal şəkildə qaynar suyun olmamasıdır. Yəni kəsimdə cücələrin sayı çox olur və təmizləmə prosesində nəzarətsizlik mövcud olur. Say çox olduğuna görə ona lazımi nəzarət edilmir, sanki “bu gün kəsildi, bu gün də artıq bunun satışı təşkil olundu”. Təbii ki, bu da buzlanmamış vəziyyətdə olur. Buzlanmış, paketlənmiş, müxtəlif markalanmış toyuqlara baxsaq görərik ki, bu tük məsələsi yoxdur. Çünki bunlar bir baxışdan keçirilir, ondan sonra paketlənir. Amma bu cür kəsilmiş formada, yəni yeni kəsilmiş halda marketlərə, satış yerlərinə çatdırılan toyuqlarda bu tüklərin qalması mümkün ola bilər. Bu da istehsalata nəzarətsizlik məsələsidir, təmizləmə prosesində nəzarətsizliyin nəticəsidir. Bu isə haqlı narazılıq yarada bilər, ən azından vizual görüntünü poza bilər. Müştərilər üçün artıq bu, əlavə iş deməkdir. Alıcı məhsulu evə apardıqdan sonra yenidən təmizləmək məcburiyyətində qalır", - deyə İlkin Şirinov qeyd etdi.
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU










