Tramvay Bakının tıxac probleminə çarə ola bilərmi?

Bakının küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Problemin həlli üçün alternativ sərnişindaşıma xidmətlərinə ehtiyac yaranıb.
Paytaxt sakinlərinin bir çoxu əvəllər paytaxtda fəayyət göstərən tramvay xətlərinin bərpasının sərnişin sıxlığını azaldacağını düşünürlər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, tramvay xətlərinin bərpasına başlanılmalı və marşrutlar mərhələli şəkildə qurulmalıdır.
"Tramvay yüngülrelsli dəmiryolu sistemidir. Bu, şəhər daxilində ən effektiv sərnişindaşıma vasitəsidir. Nəzərə alsaq ki, metro stansiyalarının tikintisi baha və gec başa gəlir. Bu baxımdan tramvay sərnişin daşınmasının yükünü üzərinə götürə bilər. Bu həm də paytaxtda olan tıxacların aradan qaldırılmasına da kömək edəcək. 1980-ci ilə qədər Bakı tramvay şəbəkəsinin ümumi uzunluğu təxminən 70 km idi. 2004-cü ildə tramvay şəbəkəsinin sonuncu xətti də bağlandı və söküldü. Biz bu gün həmin qərarın çətinliklərini yaşayırıq. Bakının Baş Planında tramvay xətlərinin bərpası nəzərdə tutulub. Bu xətlərin gec olmadan bərpasına başlanılsa, yaxşı olar. Bakıda əvvəl bu nəqliyyat vasitəsi olub və yenidən yaratmaq deyil, bərpa etmək lazımdır. Bunlar hamısı bərpa olunmalı və bir-biri ilə keçidlərlə təmin edilməlidir", - deyə o qeyd edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












