Tramvay metro ilə əhatə olunmayan zonalarda fəaliyyət göstərməlidir - Ekspert

«İllər əvvəl fəaliyyət göstərən tramvay Bakının ən çox sərnişin axını olan istiqamətlərində, universitetlərin yaxınlığından keçirdi. Təəssüf ki, sonradan şəhərin mərkəzini və paytaxtətrafı rayonları birləşdirən bu tramvay sistemi ləğv edildi. Nəticədə, bu gün həmin qərarın fəsadları aydın nəzərə çarpır və külli miqdarda sərmayə qoyaraq tramvay sistemini bərpa etmək zərurəti yaranır».
Avtosfer.az xəbər verir ki, bu fikri 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov söyləyib. O vurğulayıb ki, ekoloji cəhətdən təmizdir, tıxaclara düşmür, iri tutumludur və müasir şəhərlərdə hələ də geniş istifadə olunur. İri tutumlu olduğuna görə, tramvay ən ciddi sərnişin axını zamanı insanların zamanında, rahat şəkildə mənzil başına çatmasını təmin edir. Ona görə də Bakıda tramvay xəttinin çəkilməsinə ciddi ehtiyac var:
«Hesab edirəm ki, tramvay metro ilə əhatə olunmayan zonalarda fəaliyyət göstərməlidir. Məsələn, Bakıda Şimal-Cənub istiqamətində tramvay xəttinin yaradılmasına zəruri ehtiyacı var. Bu baxımdan Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına qədər uzanacaq tramvay xəttinin salınması mühüm önəm daşıyır. Eyni zamanda, Şərq-Qərb istiqamətində – “28 May” stansiyası ilə “Xətai” stansiyası arasındakı zonadan başlayaraq Günəşli, Qaraçuxur, Sabunçu yaşayış sahələri istiqamətlərinə qədər uzanan xətlərə də ehtiyac var. Çünki bu istiqamətlərdə sərnişin axını çoxdur və buna ciddi ehtiyac duyulur».
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












