TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsi ilə bağlı bəyanat qəbul edilib. Avtosfer.az "Report"a istinadən ABŞ Dövlət Departamentinin yaydığı sənədi təqdim edir:
"ABŞ Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin açıqlanmasını elan etmək üçün görüşüblər. Dərc olunmuş sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci il tarixində Ağ Evdə verilən öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır.
Çərçivə, Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi qurmağı nəzərdə tutan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək Transxəzər Ticarət Marşrutunda həyati əhəmiyyətli bir əlaqə yaradan TRIPP-in Ermənistan Respublikası üçün beynəlxalq və dövlətdaxili bağlantı üçün qarşılıqlı faydalar yaratması gözlənilir.
Prezident Donald Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində tarixi Sülh Zirvəsində təsdiqlənmiş prinsipləri əks etdirən TRIPP icra çərçivəsi, TRIPP-nin ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-in əsas məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarət və əlaqələri genişləndirməklə Amerika ticarətini daha da inkişaf etdirmək, eləcə də Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqdır".
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












