Ülkər Fərmanqızı: “Sabiq deputat Xanhüseyn Kazımlının sürücüsüyəm deyən şəxslə əlaqəmiz yoxdur”

Sosial Rifah Partiyası qurumun keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilməsi xəbərinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, ASRP-nin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Fərmanqızı bununla bağlı açıqlamasında deyib:
“Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər. Amma nə hörmətli professorun, nə onun ailəsinin, nə partiyamızın xəbərdə qeyd edilən avtomobili var. Baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə bir əlaqəsi var. “Mən Xanhüseyn Kazımlının sürücüsüyəm” deyən şəxslə əlaqəmiz yoxdur. Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub-olmaması ilə bağlı məsələni təsdiq etməyib. Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












