Umayra Tağıyevadan hava şəraiti ilə bağlı mühüm AÇIQLAMA

"Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb".
Avtosfer.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib
O qeyd edib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib: "Paytaxt buludlara büründü, tutqun payız ab-havası bizi əhatə etdi, hər gün yağış yağdı. Buna səbəb Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.
U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib: “Bu ay həmçinin sel hadisələri də qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır”.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










