Ünvanlı sosial yardım niyə əlçatmaz olur? – Ekspertdən AÇIQLAMA

Azərbaycanda ünvanlı sosial yardım almaqda vətəndaşların qarşılaşdığı çətinliklər yenidən müzakirə mövzusuna çevrilib. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu yardımdan yararlana bilməyən ailələrin şikayətləri daha çox gündəmə gəlir.
Sosioloq Naib Niftəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ən geniş tətbiq olunan yardım formalarından biri ünvanlı sosial yardımdır. Bu yardımın alınması ilə bağlı əhalinin qarşılaşdığı çətinliklərin çoxu subyektiv səbəblərlə bağlıdır. Daha çox qiymətləndirmə prosesi, bürokratik əngəllər və qeyri-müəyyənlik məsələləri problemlər yaradır:

“Məsələn, hansısa şəxsin köhnə avtomobilinin olması və ya bazar dəyəri çox aşağı olan köhnə əmlaka sahib olması bəzən həmin şəxsin yardımdan məhrum edilməsinə səbəb olur. Bu isə müəyyən hallarda yanlış və sərt qiymətləndirmə yanaşmasını göstərir. Doğrudur, burada müsbət məqamlar da kifayət qədərdir. İndiyə qədər milyonlarla insan ünvanlı sosial yardım sistemindən müəyyən formada faydalanıb və bu proses davam edir. Ehtiyac içində olan insanların əhəmiyyətli bir hissəsi bu yardımı ala bilir. Lakin yardımın əldə olunması mürəkkəb prosedurlar və ciddi yoxlamalar hesabına baş verir”.
Sosioloqun sözlərinə görə, təkcə ünvanlı sosial yardım sistemini inkişaf etdirmək kifayət etmir. Sosial müdafiə sisteminin təkmilləşdirilməsi və həqiqi ehtiyacların daha düzgün öyrənilməsi vacibdir. Burada insanların həm yaşayış, həm də təhlükəsizlik ehtiyacları nəzərə alınmalıdır. İnsan keyfiyyətli həyat sürməlidir ki, həm cəmiyyətə fayda verə bilsin, həm də öz rifahını yaxşılaşdırsın: “Bu baxımdan əmək və məşğulluq məsələləri çox önəmlidir. İnsanların əmək bazarında özlərini ifadə etməsi, daha layiqli iş imkanlarına çıxış əldə etməsi vacib məsələlər sırasındadır. Çünki sosial yardım sistemi insanların bütün ehtiyaclarını tam şəkildə qarşılaya bilməz. İnsanların ehtiyacları zaman keçdikcə artır və hər kəs daha yaxşı həyat şəraiti istəyir. Bu da təbii bir haldır”.
Digər tərəfdən, sosial yardıma ehtiyacı olan insanların sayının çox olması cəmiyyətin sosial vəziyyətini göstərən əsas amillərdəndir. Azərbaycanda mütləq yoxsulluq səviyyəsi aşağı olsa da, nisbi yoxsulluq göstəriciləri daha yüksəkdir. Qiymət artımı, inflyasiya, iqtisadi çətinliklər və qlobal böhranlar sosial problemlərin artmasına təsir edir.
Ekspertin fikrincə, aztəminatlı ailələrə dəstək vacibdir. Amma bu dəstək yalnız maddi yardımla məhdudlaşmamalıdır. Belə ailələr üçün məşğulluq proqramları, peşə hazırlığı, karyera inkişafı və xüsusi sosial layihələr həyata keçirilməlidir. Bu addımlar insanların həm sosial yardıma daha rahat çıxış əldə etməsinə, həm də gələcəkdə öz rifahlarını yaxşılaşdırmasına kömək edə bilər.
Fatimə Dadaşova
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Bakı-Balakən-Bakı qatarının gediş saatları dəyişdirilir – YENİ CƏDVƏL
Azərbaycandan ixrac edilən nərə balığı niyə ucuz olub? – Ekspert AÇIQLADI - VİDEO
Dövlət qurumları üçün xidməti parkinq yerləri necə müəyyənləşdirilir? – Ekspert AÇIQLADI
Avtobus dayanacaqlarındakı məlumat çatışmazlığı ilə bağlı AYNA-nın açıqlaması - VİDEO










