Velosiped qəzalarında günahkar kimdir?

Bəzi yollarda velosiped və digər fərdi mobillik vasitələri üçün ayrıca zolaqlar çəkilib, buna baxmayaraq, yenə də velosiped sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı çoxdur.
Bəs bu cür qəzalarda günahkar kimdir: sürücülər, yoxsa velosipedçilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, velosipedçilərin vurulması ilə baş verən qəzaların bir qismində velosipedçilər də günhkar olur:
"Çox təəssüf ki, bizim bəzi vətəndaşlar xüsusilə avtomobil yollarında velosiped sürmənin qaydalarını bilmirlər. Avtomobil yollarında velosiped sürən şəxslər bilməlidirlər ki, həmin yollarda velosiped zolağı yoxdursa, velosipedi yolun sağ tərəfi ilə sürmək lazımdır. Eyni zamanda velosipeddə səs siqnalının, öndə və arxada isə fənərin olması şərtdir".
Ekspertin sözlərinə görə, avtomobil yolunda velosiped idarə olunursa, burada üstünlük avtomobildədir:
"Avtomobil sürücüləri də bəzən diqqətsiz olurlar. Yolda velosiped sürən vətəndaşların da hüquqları var. Avtomobil sürücüləri heç bir halda yollarda velosipedçiləri sıxmamalı və onlara qəza şəraiti yaratmamalıdırlar. Əksinə, imkan yaratmalıdırlar ki, velosipedçi qəza vəziyyətindən çıxa bilsin".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












