Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi - FOTO

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib. Avtosfer.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.
O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.
O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.
İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bundan əvvəl isə “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.

Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI








