Vətən müharibəsində erməni hərbçilər niyə qaçırdılar? VİDEO

Ermənistan prezidenti biabırçı məğlubiyyətin müqəssirini axtarır. Lakin yaxın keçmişə nəzər salsaq görürür ki müqəssirə ehtiyac qalmır. Vətən müharibəsində Ermənistan tərəfi yaydığı görüntülərlə bir müddət öz ictimaiyyətini aldatmağı bacardılar. Lakin elə görüntülər də var idi ki, onları heç cür müsbət şərh etmək mümkün deyildi. Ermənilərin özlərinin lentə aldığı görüntülər bu gün də geniş müzakirə olunur. Kadrlarda çarəsiz, qorxaq və çıxış yolunu qaçmaqda görən erməni əsgərləri nəzərdən qaçmir.
Çarəsiz və başsız qalan erməni hərbi qulluqçuları hər şeylərini atıb qaçırlar.
Görüntülər 44 günlük vətən müharibəsi zamanı ermənistan mediası tərəfindən lentə alınıb.ilk baxışdan müdafiə təəssüratı yaransa da, qüvvələrimiz tərəfindən endirilən ilk artileriyya zərbəsi ilə düşmən pərən pərən salınır.
Haropların səsi isə elə bu anda əsl kabusa çevrilir. Halbuki, döyüşün bəzi mərhələlərində bu texnikanın yalnız səsindən istifadə edilib. Çarəsiz qalan erməni əsgərləri əllərindəki kiçik çaplı silahlarla bir neçə kilometr yüksəklikdən uçan pilotsuz uçuş aparatını ağılsızcasına vurmağa çalışır.
Döyüşlərin birində lentə alınan bu görüntülərdə diqqət çəkən bir məqam isə sona qalan yalnız gənc əsgərlərin olmasıdır. Videonun əvvəlində görünən komandir və zabitlər yavaş ayvaş döyüş meydanında aradan çıxırlar.
Təxminən 10 dəqiqə ərzində postlar boşaldılır. Bu gün bu görüntülərin Ermənistan ictimaiyyəti tərəfindən yenidən müzakirə olunmasının səbəbi isə bu texnikaların sağ vəziyyətdə Azərbaycan ordusunun arsenalında olmasıdır. Ermənilər bu tankların və silahların niyə sağlam vəziyyətdə verilməsini sorğulayır. Cavab isə birdir. Döyüşü heç vaxt texnika udmur. Hər bir müharibənin taleyi ordunun əsgər və zabitinin əlindədir.///xezerxeber.az
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










