Vətəndaşlığı olmayan şəxslərlə bağlı tələblər sərtləşdirildi

Nazirlər Kabineti “Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydaları”nda dəyişikliklər edib.
İndiyə qədər barəsində Azərbaycan hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu barədə qərar icra olunanadək Dövlət Miqrasiya Xidmətinin saxlanılma mərkəzlərində könüllü yerləşdirilə və saxlanıla bilərdilər. Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara çıxarılma üçün İnzibati Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər. Eyni zamanda Azərbaycan ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən olunmuş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilirlər.
Seymur
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












