Veteran pulu ləğv edilsin, əvəzində kommunal xidmətlər pulsuz olsun - AÇIQLAMA

Vaxtilə Azərbaycanda sosial həssas qruplar üçün genişmiqyaslı güzəştlər tətbiq olunurdu. Məsələn, kommunal xidmətlər, nəqliyyat və digər sahələr üzrə imtiyazlar dövlət tərəfindən qarşılanırdı. Bu gün isə yenidən “veteran pulu ləğv olunsun, əvəzində kommunal xidmətlər pulsuz edilsin” kimi təkliflər ictimai müzakirəyə çıxarılır.
Mövcud iqtisadi reallıqlar fonunda belə bir modelin tətbiqi nə dərəcədə mümkündür? Bu addım dövlət büdcəsinə necə təsir göstərə bilər? Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı əvvəlki güzəşt mexanizmlərini yenidən daşımaq gücündədirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, oxşar model Azərbaycanda 2000-ci illərin əvvəllərinə qədər mövcud olub.
Onun sözlərinə görə, həmin dövrdə şəhid ailələrinə, məcburi köçkünlərə və veteranlara geniş sosial güzəştlər tətbiq edilirdi:
“Kommunal xidmətlərdən istifadə pulsuz, nəqliyyatdan istifadə isə ödənişsiz idi. Lakin bu model büdcə üçün ciddi risklər yaradırdı və dövlət maliyyəsinə ağır yük salırdı”.
İqtisadçı qeyd edib ki, hazırda da Azərbaycanın dövlət gəlirlərinin əsas hissəsi neftdən formalaşır və hər il Dövlət Neft Fondundan büdcəyə böyük məbləğdə transferlər edilir:
“Bu, o deməkdir ki, yenidən həmin genişmiqyaslı güzəştlərin tətbiqi büdcəyə əlavə ciddi yük yaradacaq. Dövlətin belə bir addım atacağı real görünmür”.
Asif İbrahimov ümumilikdə ölkədə iqtisadi modelin problemlərindən də danışıb. Onun fikrincə, mövcud modelin “üç sindromu” var.
Birinci sindrom real gəlirlərlə inflyasiya arasındakı fərqdir:
“Vətəndaş qazancına baxır, sonra bazardakı qiymətlərə nəzər salır və bu rəqəmlər üst-üstə düşmür”.
İkinci sindrom gənclərin iqtisadiyyatdan uzaqlaşması və ya ölkəni tərk etməsidir:
“İqtisadiyyatda qalanların da yenilik etməməsi ən təhlükəli məqamdır”.
Üçüncü sindrom isə likvidliyin olmasına baxmayaraq, investisiya və inamın zəifliyidir:
“Ölkədə pul var, amma investisiya və etimad yoxdur. Hazırda Azərbaycan modelində bu üç problem müşahidə olunur”.
İqtisadçı hesab edir ki, iqtisadi model yenilənməlidir. Əks halda, istehsal olunan məhsulların maya dəyəri yüksək olaraq qalacaq və bu, bütün sahələrə təsir göstərəcək. Onun fikrincə, sosial həssas qruplar üçün genişmiqyaslı pulsuz xidmətlər əvəzinə müəyyən limit mexanizmlərinin tətbiqi daha məqsədəuyğun ola bilər. Lakin hazırkı şəraitdə belə bir modelin tətbiqi də çətin görünür.
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ










