Vitse-spiker yollarda özbaşınalıq edən məmur övladlarından danışdı

«Qanun qarşısında hər kəs bərabərdir»
«İstər məmur övladı olsun, istər adi vətəndaş, qanun qarşısında hər kəs bərabərdir. İctimai asayiş pozulursa, insanların həyatı üçün təhlükə yaranırsa, kimliyindən asılı olmayaraq, buna qarşı vahid mövqe sərgilənməlidir”. Bu barədə Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova açıqlamasında son günlər bəzi məmur övladlarının paytaxtın küçələrində maşın yarışına çıxması, eləcə də digər qanun pozuntularına yol verməsinə münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, bu məsələlərə yanaşmada buna məmur, buna vətəndaş deyib bölgü aparılmamalıdır: "Əlbəttə, cənab prezidentin vurğuladığı kimi bütün məsələlərdə ən böyük məsuliyyət dövlət məmurlarının üzərinə düşür. Onların özünün fəaliyyəti, şəxsi həyati böyük rol oynayır. Lakin son vaxtlar cəmiyyətin gözündə belə yanlış tendensiya formalaşmağa başlayır ki, eyni hərəkətləri törədən başqasına qanunun gücü tətbiq olunanda bunu nəzərə almağı, bağışlamağı tələb edirlər, amma bir başqasına həddən artıq acımasız davranırlar. Ona görə də biz kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini dəyərləndirməliyik. Hər kəs istər cəmiyyət, istər qanun qarşısında öz məsuliyyətini dərk etməlidir və buna uyğun hərəkət etməlidir. Bunu xüsusi bölgülərə, təbəqələrə bölüb münasibət bildirməyin tərəfdarı deyiləm”. B.Muradova paytaxt küçələrində təkcə məmur övladlarının deyil, adi vətəndaşların da qanun pozuntularına yol verdiyini deyib. /Publika.az/
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












