"Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçməlidir ki..." - AÇIQLAMA
Gündəm
11 Avqust 2021 11:54

"Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır, görüntülər var. Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə demlitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunur, yoxsa rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı, onu arxayanlaşdıran mərkəzlər var". Bu fikirləri unikal.org-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçməlidir ki, bununla da 200 illik problemə son nöqtəni qoymuş olaq: "Birincisi, Rusiya hərbçiləri 4 ildən sonra Qarabağı tərk etsinlər. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq. Bu mümkündürmü? Çətindir, ancaq hədəflərimizə çatmaq planlarımızdan və onları necə yerinə yetirməmizdən asılıdır. Müharibədən sonrakı dönəmi “ağıl oyunları” adlandırmışdım. Birinci mərhələdə hərbi yolla məsələnin böyük qismini həll etdik, problemin qalan hissəsini isə hərbi-siyasi-diplomatik, o cümlədən “ağıllı layihələr”in köməyi ilə həll etməliyik. Qarabağda ağıllı kəndlər və ağıllı qəsəbələr salırıqsa, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün niyə ağıllı layihələr üzərində düşünməyək? Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı ikirəqəmliyə çevirmək lazımdır. Hələ ki, proses öz axarıyla bizim üçün müsbət istiqamətdə cərəyan edir. Ancaq Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin. Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssisələr açacaq və kreditlər verəcəklər. Biz isə bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var. Ancaq proseslər bizim ərazimizdə getdiyindən qarşı tərəfin gücündən asılı olmayaraq onların planlarını pozmaq və öz oyunumuzu diqtə etmək imkanımız var. Hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb. Başqa çeşidli problemlərini də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsin, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var".
Oxunub : 1858
DİGƏR XƏBƏRLƏR
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
28 Avqust 2026 10:30
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
28 Avqust 2026 09:54
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
28 Avqust 2026 08:36
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
27 Avqust 2026 18:55
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
ŞƏRH YAZ











