Xəzər dənizindəki İran limanına hücumlar maraqlarımıza ziddir - Rusiya XİN

"İsrail və ABŞ-nin İrana raket zərbələrinin coğrafiyasının genişlənməsini getdikcə daha çox narahatlıqla izləyirik".
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur:
"Amerika-İsrail koalisiyası Yaxın Şərqdə başlatdıqları müharibə alovuna yanacaq tökməyə davam edir və bu da onun daha da yayılmasına səbəb olur. Martın 18-də Xəzər dənizindəki İranın Ənzəli limanı bombalandı. Xəzər dənizindəki ən böyük liman, Rusiya-İran ticarəti, o cümlədən ərzaq təchizatı üçün fəal şəkildə istifadə olunan mühüm ticarət və logistika mərkəzidir. Bu liman vasitəsilə İranla nəqliyyat əlaqələri saxlayan Rusiyanın və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqları zərər görür. Xəzər dənizi həmişə region ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən sülh və əməkdaşlıq üçün təhlükəsiz məkan kimi qəbul edilib. Təcavüzkarların ehtiyatsız və məsuliyyətsiz hərəkətləri Xəzər dənizi dövlətlərini hərbi münaqişəyə sürükləmək təhlükəsi yaradır".
Rusiya Xarici İşlər Nazirliyi bir daha hərbi əməliyyatların dərhal dayandırılmasına və getdikcə qonşu bölgələrə yayılan Yaxın Şərqdəki vəziyyətin siyasi həllinə nail olmaq üçün səylərin bərpasına çağırır.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












