Xəzərdə insanlara hədə-qorxu gələn narkobaron saxlanılıb - FOTO - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan, Binə, Qala və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Nemət Behbudov Xəzər rayonunda narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq digərlərini bu işə cəlb edib. Nemət Behbudov satmaq üçün narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, Nemət Behbudov şəbəkənin üzvlərinə narkotik vasitələr satdırmaq üçün daim onlara hədə-qorxu gəlib və təzyiq altında saxlayıb.
Nemət Behbudov və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…















