Hərbi xidmətdə olarkən “avtoş”luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEO

Hərbi xidmətdə olduğu vaxt xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu Əziz Məlikov növbəti dəfə ev dustaqlığına buraxılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, Ə.Məlikovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim verib. Hakim vəsatəti təmin edib.
Bundan başqa, Ə.Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində hərbi hissədə olmalı imiş. Ə.Məlikovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır ki, Əziz Məlikov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.
Məlikin atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.
Videoda: Əziz Məlikovun avtoşluq görüntüləri
Fotoda: Əziz Məlikov və Soltanpaşa Məlikov
.jpg)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












