Yağış Bakının yollarını niyə iflic etdi? "Su geri qayıdırmış..." - RƏSMİ

Bakıda ötən gün yağan güclü yağış əksər yollarda hərəkəti iflic etdi.
Avtosfer.az-ın məlumatına görə, uzun müddətdir aramsız yağış görməyən paytaxt yollarını su basdı. Bu barədə sosial şəbəkədə də istifadəçilər tərəfindən çoxsaylı fotolar paylaşıldı. Əksəriyyət yollarda kanalizasiya sistemləri quraşdırılmadığını deyərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini qınadı. Sosial şəbəkədə paylaşılan fotolar sırasında Buzovna qəsəbəsindəki tunel də yer aldı. Tunelin su ilə dolu görüntüsü izləyicilər tərəfindən gülüş hədəfinə, həmçinin qınaq obyektinə çevrildi.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Lent.az-a bildirib ki, yolların su ilə dolması oradakı yaöış kollektorlarının düzgün işləməməsi səbəbilə meydana gəlib:

Anar Nəcəfli
“Əvvəlki illərdə yadınızdadırsa, yağış yağanda əksər yolları keçib getmək mümkün deyildi. İndi isə belə deyil. 10 kilometrdən çox yolda yağış barmaqlıqları quraşdırılıb. Agentlik olaraq yollarda yağış sularının idarə edilməsi ilə məşğul deyilik. Sadəcə olaraq, yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi bir öhdəliyimiz var. Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya yaxud yağış kollektoru olan yollarda təşkil olunur. Yağış kollektoru olan yollarda su basma olubsa, bu kollektorların geri qaytarması nəticəsində yaranıb. Yaxınlığında kollektorlar olmayan yollarda isə yağış barmaqlıqları quraşdırılmayıb. Təbii ki, həmin yerlərdə barmaqlıq qoymağın heç bir mənaslı yoxdur. Həmin yollarda nə vaxt kanalizasiya yaxud yağış kollektoru çəkiləcəksə onda yağış barmaqlıqları quraşdırılacaq”.
Anar Nəcəfli Buzovnadan paylaşılan su ilə dolu tunellə də bağlı aydınlıq gətirib:
“Buzovnada yağış suyu ilə dolan tunel AAYDA-ya məxsusdur. Hadisə sentyabrın 26-da qeydə alınıb. Orada yağış sularının çəkilməsinə kollektorların gücü çatmayıb və suları geri ötürüb. Nəticədə su tunelə dolub. Dərhal bu barədə AAYDA-nın baş idarəsinə xəbər verilib və əməkdaşlarımız hadisə yerinə gedərək problemi aradan qaldırıblar”.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











