Yalandan yanğınla bağlı məlumat verənlər necə cəzalandırılır? - RƏSMİ

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu yanğınla bağlı yalan məlumat verən şəxslərlə bağlıdır.
Yalandan yanğın və ya digər hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək onların fəaliyyətinə əngəl törədir. Yəni, həmin yalan məlumat əsasında əməkdaşlar hadisə yerinə gəlir və əslində heç nə baş vermədiyi ortaya çıxır. Bu zaman təbii ki, qəza, yaxud yanğından mühafizə xidmətləri, polis orqanları və digər qurumlar lazımsız yerə vaxt itirirlər. Halbuki, həmin itirlən vaxt ərzində insan tələfatı və ya xəsarətlə nəticələnən digər hadisələrin qarşısını almaq üçün gecikmə yaranır.
Görəsən, yalan yerə yanğınla bağlı müraciət edənlər üçün hansısa cəza tədbiri nəzərdə tutulur?
Rubrikamızın sualına Daxili İşlər Nazirliyi mətbuat xidməti aydınlıq gətirib. Bildirilib ki, yalandan yanğınla bağlı müraciət etmək məsuliyyətə səbəb olur:
“Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmaq inzibati məsuliyyət yaradır.
Yalandan çağırış verən şəxslər İnzibati Xətalar Məcəlləsinin 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsinə uyğun olaraq, 100 manat yüz manat məbləğində cərimə edilir”.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












