Yanğın lokallaşdırıldı: Nazirlik rəsmisindən əhaliyə ÇAĞIRIŞ

“İlkin məlumata görə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğının əhatə etdiyi ərazi 10 hektara yaxındır”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, ərazidə əsasən kol, xırda ölçülü bitkilər yanıb:
“Yanğın zamanı böyük gövdəli ağaclara ciddi ziyan dəyməyib. Bildiyiniz kimi artıq bir neçə gündür ki, həm Yardımlı, həm də Lənkəranda meşə sahələrində yanğınlar başlayıb. Yanğınların söndürülməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.
Demək olar ki, artıq yanğınlar lokallaşdırılıb. Sonuncu yanğın Hirkan Milli Parkının sərhəd hissəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, ETSN-nin əməkdaşları və yerli sakinlərlə birlikdə artıq söndürülüb. Hazırda ərazidə sadəcə xırda tüstülənmə müşahidə olunur.
Qeyd edim ki, yanğın baş verən ərazilər relyefi çətin ərazilərdi. Hazırda FHN-ə aid helikopter də tüstü olan ərazilərdə fəaliyyətdədir. Dəymiş ziyan barədə ətraflı məlumat veriləcək”.
F.Əliyev ölkə ərazisində baş verən yanğınlarla bağlı əhaliyə çağırış edib:
“Yay fəsli təbiətin yanğına həssas dövrüdür. İnsanları duyarlı olmağa səsləyirik. Təbiət qoynunda istirahət edən zaman təhlükəsizlik qaydalarına əməl etmək, açıq alovdan, siqaretdən istifadə etməmək lazımdır.
Xırda bir qığılcım hektarlarla ərazinin yanmasına gətirib çıxarır. Meşələrdə istirahət edən zaman insanlar kiçik bir yanğın görərlərsə, aidiyyəti qurumlara müraciət etsinlər. Çünki çətin relyef bəzi ərazilərdə baş verən yanğının söndürülməsində problem yaradır”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












