Yardımlı sakinindən 5 kiloqramdan artıq "patı" və tiryək aşkarlanıb - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Zevin kənd sakini Ramil Beybudov saxlanılıb.
Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə tiryək, 2 kiloqram 83 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Beybudov narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir



11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










