Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, əhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.
***
Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.
Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin digər hüquq mühafizə orqanları ilə birlikdə Yekaterinburqda azərbaycanlıların müxtəlif ünvanlardakı mənzillərinə basqın edib. Zorla mənzillərə daxil olaraq Səfərov qardaşları və digərlərinə zorakılıq və işgəncə tətbiq olunub. Daha sonra azərbaycanlılar idarəyə aparılaraq orada da işgəncəyə məruz qalıblar. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Hüseyn Səfərov və onun RF vətəndaşı olan qardaşı Ziyəddin Səfərov ağır işgəncələr nəticəsində həlak olublar. Onların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov isə işgəncə vaxtı halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib və orada ürəyindən əməliyyat olunub.
Saxlanılan digər azərbaycanlılar Məzahir, Akif və Ayaz Səfərov qardaşları, onların əmisi oğlu Bakir Həsənov, Əhliman Gənciyev və Şahid Lalayev barəsində məhkəmə iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, bu gün Rusiya İstintaq Komitəsi Yekaterinburqda həbs olunan azərbaycanlıların hansı cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Qurumun sözçüsü Svetlana Petrenko Səfərov qardaşları və digər həmyerlilərimizin 2001, 2010 və 2011-ci illərdə müvafiq olaraq Yunis Paşayevin qətlində, F.Şirinovu öldürməyə cəhddə və İkram Hacıyevin qətlini sifariş verməkdə ittiham olunduqlarını bəyan edib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










