Yeni sədr gəldi, ixtisarlar başladı - 70 nəfər işdən çıxarılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmidar Cəmiyyətində (ASCO) kütləvi ixtisarlar başlayıb.
Avtosfer.az xəbər verir ki, işdən çıxarılmalar ASCO-nun mərkəzi aparatını və tabeli qurumlarını əhatə edir.
İxtisarların “Xəzər Dəniz Gəmiçiliyi”nin yeni sədri Əfqan Cəlilovun tapşırğı ilə həyata keçirildiyi iddia olunur.
Məlumata görə, işçilərə məcburi ərizələr yazdırılır, amma bunun səbəbi ilə bağlı heç bir izahat verilmir.
Bildirilib ki, ASCO-nun təkcə tabeli idarələrindən birində 70 nəfərə işdən azad olunacaqları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 yanvar 2026-cı il tarixli sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Əfqan Cəlilov qurumun sədri təyin olunub. (Yeni sabah)
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












