Yol qəzası təşkil edən polis mayoruna 8 il cəza

Binəqədi rayon Məhkəməsində qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vüsal Şilderin ailəsinin vəkili Aslan İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən və həbsdə olan iş adamı Yaşar Sunarın 7 il, sabiq polis mayoru İlham Məmmədovun 8 il, Qurban Novruzovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən şəxs, hazırda zamində olan Kənan Babayevin də 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil A.İsmayılov dövlət ittihamçısının çıxışı ilə razı olduqlarını bildirib: “Lakin biz hesab edirik ki, İlham Məmmədova daha ağır cəza verilməlidir. Çünki hadisənin sifarişçisi, başında duranı İlham Məmmədovdur. Ona Qurban Novruzovla eyni cəzanı vermək ədalətsizlik olar». Proses mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, İlham Məmmədov həbs olunana kimi Binəqədi Rayon Polis İdarəsində işləyib. Ötən il mayın 2-də Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










