Yol qəzasında üç nəfər xəsarət alıb; biri ağır vəziyyətdədir

Oğuzda baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb. Üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. 1980-cı il təvəllüdlü, Zaqatala şəhər sakini Nazim Vahab oğlu Allahverdiyev idarə etdiyi “Mersedes” markalı 10 UP 291 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində xəsarət alan sürücü Nazim Allahverdiyev və onun sərnişinləri Zaqatala rayonu Əliabad kənd sakinləri – 1983-cü il təvəllüdlü, Sərxan Arif oğlu Həşimov və 1990-cı il təvəllüdlü, Səxavət Köçəri oğlu Hünbətov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Oğuz RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Nazim Allahverdiyevin və Səxavət Hünbətovun xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Digər yaralı Sərxan Həşimovun xəsarətləri ağır olduğundan o, ilk öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Fakla bağlı araşdırma aparılır.
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR










