“Yolumuzu kəsdilər, oğlumu maşının pəncərəsindən çıxarıb döydülər” - Açıqlama - FOTO

Biləsuvar rayonu, Muğanlı kəndində yaşayan Allahverdi Rüstəmov özü və iki oğlunun digər kənd sakinləri tərəfindən döyüldüyünü iddia edir. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən A.Rüstəmov hadisənin avqust ayında əkin sahəsinin suvarılması üstündə baş verdiyini deyib. Onun sözlərinə görə, qohumluq əlaqələri olan Abdulla Cəfərov, Xəlil Cəfərov, Ayaz Cəfərov, Aqil Cəfərov, İbrahim Hətəmov və Əlövsət Hətəmov onları kənd ərazisində döyüb, oğlu Elçinin ağır xəsarətlər almasına səbəb olublar: “Bizim onlarla əkin sahələrimiz yanaşıdır. Sahəni suvarmaq üçün texnika çağırmışdım. Amma Abdulla dedi ki, bizdən əvvəl heç kim burada suvarma işi görə bilməz. Onlarla mübahisə etməmək üçün çağırdığım texnikanı geri qaytardım. Amma Əlövsət bizə söyüş söydü. Evə qayıdanda maşınla gəlib yolumuzu kəsdilər. Abdulla bizim maşının açarını çıxardı, işıqları söndürüb dedi ki, “vurun, maşının işıqlarını söndürdüm”. Oğlum Elçin Rüstəmovu maşının pəncərəsindən çıxarıb amansızlıqla döydülər”.
A.Rüstəmov bildirib ki, hadisədən sonra oğlu ağır travma alıb: “Oğlum əvvəlcə Biləsuvar Xəstəxanasında yatdı, daha sonra Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. 1 aya yaxın müalicə aldı. Hələ də düzəlməyib, çətinliklə gəzir. Kəllə-beyin travması alıb. Elçini əsas döyənlər Aqil, Əlövsət və Abdulla olub. Oğlum xəstəxanadan evə buraxılandan sonra Ayazgilin qohumları bizə gəlmişdilər. Düşündük ki, barışıq üçün gəliblər. Əksinə bizi təhdid edib getdilər”.

E.Rüstəmovun atası polisə müraciət etmələrinə baxmayaraq, cinayət işinin istintaqının ədalətli aparılmadığını da iddia edib: “Hadisə zamanı bizi 6 nəfər döysə də, cinayət işi təkcə Aqil Cəfərova qarşı açılıb. Bizi döyənlərin hamısının məsuliyyətə cəlb olunmasını istəyirik. Bununla bağlı Biləsuvar Rayon Polis Şöbəsinə bir neçə dəfə müraciət etmişik”.
Şikayətçinin bildirdiyinə görə, Xəlil Cəfərov Biləsuvar Olimpiya İdman Kompleksinin mühasibi, Ayaz Cəfərov isə Milli Ordunun kapitanıdır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı ikinci dəfə ekspertiza təyin olunub, istintaq aparılır: “Biləsuvar rayon sakini Elçin Rüstəmov Rayon Polis Şöbəsinə müraciət edərək əkin sahəsində baş verən mübahisə zamanı həmkəndlisi Aqil Cəfərov tərəfindən döyüldüyünü bildirib. Təyin edilmiş müvafiq ekspertizanın rəyinə və ilkin araşdırmanın nəticəsinə əsasən E.Rüstəmovun sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid olan xəsarətlər aldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir”.
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ










