Yoluxanların sayı yenidən artır, necə edək azalsın?
“Universitetlər, məktəblər, uşaq bağçaları açılıb. Məhərrəmlik bitəndən sonra isə toylar başlayacaq. Həmçinin də havalar soyuyub. Bunun müqabilində koronavirusa yoluxma hallarında artma müşahidə oluna bilər”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə bildirib.
O qeyd edib ki, virusdan qorunmaq üçün profilaktik tədbirlərə əməl olunmalıdır:
“İndiyə qədər hansı tədbirlərdən istifadə etmişiksə, bundan sonra da həmin tədbirlər görülməlidir, profilaktik tədbirlərə əməl olunmalıdır. Əllər dezinfeksiya olunmalı, maska taxılmalı, sosial məsafə gözlənməlidir. Xüsusən qapalı yerlərdə ehtiyatlı olmaq lazımdır. Bir də vaksinasiya vacibdir”.
Həkim həmçinin əhaliyə buster (3-cü) doza vurdurmağı tövsiyə edib: “Tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar, risk qrupuna daxil olan şəxslər mütləq qaydada buster doza vurdurmalıdırlar. Hətta yaşı 65-dən aşağı olanlara da əgər yanaşı xəstəlikləri varsa, buster doza mütləq tətbiq olunmalıdır”.
Qeyd edək ki, Azərbaycanda artıq bir neçə gündür koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Son sutka ərzində COVID-19-a 1009 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər vəfat edib.
“Qafqazinfo”
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












