Zakir Həsənov Xəzərdə təlimlərin gedişi ilə tanış oldu - Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub. Avtosfer.az xəbər verir ki, HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək.
Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.
HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.



Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












