Zaqatalada Talaçaydan sel keçib: Təhlükəli vəziyyət yaranıb - FOTO

Zaqatalada Talaçayda sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, güclü yağışlar nəticəsində Talaçayda suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov bildirib ki, həmin ərazi Zaqatala rayonu Nizami küçəsində yerləşir:
"Talaçayın sağ sahilində olan bənd 1980-ci illərdə inşa edilib. O artıq istismar müddətini başa vurub. Ərazi mütəmadi olaraq texnikalarla nəzarətdə saxlanılır. Çayın məcrası həmişə sol sahilə doğru dəyişdirilir. Lakin gecədən başlayan leysan yağışları nəticəsində çaydan sel keçib. Sel nəticəsində çay məcrasını sağ sahilə doğru dəyişib. Bəndlər istismar müddətini başa vurduğu üçün onların aşağı hissəsi deşilib. Nəticədə mövcud təhlükəli vəziyyət yaranıb. Tərəfimizdən həmin məsələ daha əvvəlcədən qaldırılıb. Əraziyə baxış keçirilib və 300 metrə yaxın mühafizə bəndinin təklifi hazırlanıb".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb

















