Zəbt edilən örüş torpaqları, yox olan "kupça" – ARAŞDIRMA – FOTO - VİDEO

Kürdəmirdə örüş torpaqlaırnda tikinti aparılması ilə bağlı Ajans.az-a müraciət daxil olub. Müraciətdə bildirilir ki, “Kürdəmir Aqro MMC” tərəfindən örüş torpaqları zəbt edilib, qeyri-qanuni olaraq ərazidə tikinti işləri aparılır, qırmızı kitaba düşən yulğun ağaclasrı məhv edilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı təyinatlı (örüş, otlaq) torpaqlarda tikinti aparılması cinayət sayılır. Torpağın təyinatı isə yalnız Baş Nazirin qərarı ilə dəyişdirilə bilər.
Avtosfer.az xəbər verir ki, məsələni araşdırarkən məlum oldu ki, faktiki çıxarış sənədlərində bu torpaqlar örüş torpaqları olaraq qeydiyyatdan keçib.
Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun örüş torpaqlarında tikinti aparmasına isə Kürdəmirin sabiq icra başçısı, Nəsimi rayonunda 47 günlük vəzifə görən Elxan İbrahmov icazə verib.
Kamal Kərimov isə Sor-sor və Çölərəb kəndlərində yerləşən 28 və 12 hektardan artıq torpaq sahələrində rahat şəkildə tikinti apara bilib və hazırda da ərazidə işlər davam etdirilir.

Məlumata görə, vaxtilə Kəndə Təsərrüfatı Şöbəsinə rəhbərlik edən Cəfər İsmayılov və İcra Hakimiyyətinin digər rəsmi şəxsi Əziz Hacı da bu işdə rol alıblar. Ajans.az-ın baş redaktoru Tural Müseyibov tərəfindən Cəfər İsmayılova ünvanlanana sorğudan sonra Dövlət Əmlakının Kadastrı və Reyestri Xidmətinin rəsmi saytında elektron çıxarışların yoxlanılması zamanı torpaq sahələri barədə məlumat olsa da artıq bu məlumatların gizlədilməsi faktı ortaya çıxıb. İcra Hakimiyyətinin digər nümayəndəsi Əziz Hacı ilə əlaqə saxlamaq isə mümkün olmayıb.

Kənd Təsərrüfatı Nazirliyinə verilən sorğu zamanı məlum olub ki, Kamal Kərimovun rəhbəri olduğu Kürəmir Aqro MMC-nin icarəyə götürdüyü örüş torpaqları barədə məlumat Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 29 oktyabr 2025-ci il tarixində qeydiyyatdan keçib. Amma bəyanları yoxdur.
QEYD:
Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən 12 hektardan artıq torpaq sahəsi (örüş, otlaq) 07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-58 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

Kürdəmir rayonu Çölərəb kəndində yerləşən 28 hektardan artıq torpaq sahəsi (örüş, otlaq) 07.05.2021-07.05.2036-cı ilə qədər Kürdəmir Asan Xidmət Mərkəzində 3M-59 nömrəli icarə müqaviləsi ilə icarəyə götürülüb.

Kürdəmir Aqro MMC-nin rəhbəri Kamal Kərimovun, sabiq icra başçısı Elxan İbrahimovla birgə bu işləri reallaşdırması barədə məlumatların doğru olub-olmamasını hüquq-mühafizə orqanları müəyyən edə bilər. Amma faktiki olaraq əldə etdiyimiz rəsmi sənədlərdə torpaq sahələrinin örüş sahələri olması, bir neçə gün öncə elektron çıxarışda bu faktın silinməsi, bu gün isə ümumiyyətlə çıxarışın it-bat ollması ilə rastlaşmışıq. Hazırda nə baş verir? Kürdəmir İcra Hakimiyyətinin zamanında səlahiyyət sahibi olan bu gün isə bir qədər zəif qalan məmurları nəyi gizlətməyə çalışır? Araşdırmamız davam edir. Bir sıra mühüm məqamları Ajans.az-ın baş redaktoru Tural Müseyibov video reportajda səsləndirib.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












