Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər - AÇIQLAMA

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.
O, qeyd edib ki, hazırda həmin hissə ilə yük qatarları hərəkət edir:
“Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin proqnozlaşdırılandan daha tez reallaşmasına səbəb ola bilər. İlkin gözləntilərə görə, dəmir yolunun tam istifadəsi gələn il mümkün olacaq. Bununla belə, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparıldığı üçün sözügedən nəqliyyat xətti daha tez istifadəyə verilə bilər.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. Söhbət üç trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
İşlərin intensiv aparılması uzun müddət müzakirə olunan və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizin daha qısa zamanda reallığa çevrilməsinə gətirib çıxara bilər”.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...











