Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq - Nazir

Zəngəzur dəhlizinin açılması ilə Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) Ankarada təşkil etdiyi "Körpü Azərbaycan - Türkiyə iqtisadi əlaqələri qala gecəsi"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla iqtisadi əlaqələrində inteqrasiyanı, yəni bütövlüyü hədəfləyir:
"İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan xalqları qardaşlıqdan da artıq bir yaxınlıq içərisindədir. Azərbaycandakı Türkiyə sevgisi tamam başqa bir şeydir, bunu şəxsən hiss edib, şahidi olmuşam. Nə xoş ki, hər iki ölkənin insanları sanki öz ölkələrində başqa bir vilayətə gedirmiş kimi çox rahat hərəkət edirlər. Uçuşlar çox sıx, məsafələr qısa, vaxt azdır və can Azərbaycan 32 illik işğaldan Qarabağı azad edib. İndi isə orada çox böyük bir investisiya qoyuluşu və yenidənqurma fəaliyyəti həyata keçirilir".
Türkiyəli nazir Azərbaycanın əhəmiyyətli bir strateji keçid nöqtəsi olduğunu vurğulayıb:
"Türkiyə xüsusilə enerji sahəsində Azərbaycandan xammal idxal edir. Biz sənaye məhsullarında və xidmətlərdə də Azərbaycana dəstək oluruq. Mərkəzi Asiyaya, Uzaq Şərqə açılarkən Azərbaycan bizim üçün çox mühüm bir strateji keçid nöqtəsidir. Zəngəzur dəhlizinin açılması ilə yaxın zamanda Türk dünyasının coğrafi baxımdan da bir-biri ilə bütövləşməsi, iqtisadi əlaqələrin inkişafı, Uzaq Şərqdən başlayaraq Avropaya uzanan Orta Dəhlizin canlanması və tranzit ticarətin artması mümkün olacaq".
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










