Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyəti 10-12 milyon ton artacaq

Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) yük daşımalarının həcmini 11 milyon tona çatdırmaq üçün həm fiziki infrastrukturun modernləşdirilməsini, həm də logistika proseslərinin səmərəliliyinin artırılmasını əhatə edən tədbirlər kompleksi həyata keçirilməlidir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova “Azərbaycan – transkontinental meqa marşrutların "Şərq-Qərb" və "Şimal-Cənub" kəsişmə nöqtəsində” mövzusunda keçirilən dəyirmi masada bildirib.
A.Turabovanın sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biridir.
"Dünya Bankının məlumatına görə, 2030-cu ilə qədər Orta Dəhlizlə yük daşımalarının həcmi 11 milyon tona çata bilər. Bunun üçün fiziki infrastrukturun yaxşılaşdırılması və logistika proseslərinin səmərəliliyinin artırılması da daxil olmaqla həm "sərt", həm də "yumşaq" infrastrukturun inkişafı üzrə tədbirlər görmək lazımdır", - o qeyd edib.
Aparıcı məsləhətçi vurğulayıb ki, Azərbaycan nəqliyyat marşrutların strateji əhəmiyyətini dərk edərək, 20 ildən artıq müddətdə sözügedən infrastrukturun inkişafına ardıcıl surətdə sərmayə qoyur.
A.Turabova həmçinin qeyd edib ki, hazırda Horadiz-Ağbənd dəmir yolu layihəsinin ikinci mərhələsi həyata keçirilir.
"Bu dəmir yolu xüsusi əhəmiyyət kəsb edir, çünki birbaşa Zəngəzur dəhlizi ilə əlaqəli olacaq və Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə birbaşa bağlantısını təmin edəcək. Hesablamalara görə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini 10-12 milyon ton artırmağa imkan verəcək", - o vurğulayıb.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












