Zəngilan və Cəbrayılda dəmir yolunun çəkilməsi sürətlənib - Ağalıda da stansiya olacaq - VİDEO

İşğaldan azad olunan ərazilərdə dəmiryolu xətlərinin çəkilməsi sürətlə davam edir. Avtosfer.az xəbər verir ki, artıq Cəbrayıl rayonunda dəmiryolunun çəkilişi tam başa çatmaz üzrədir. İşlər Zəngilan rayonunda sürətlə davam edir.
Köhnə dəmiryolu xətti Arazboyu idisə indiki yol fərqli yerlərdən çəkilir. Belə ki, Zəngilanın Şərifan kəndindən birbaşa Mincivana keçən köhnə dəmiryolu xətti indi Məmmədbəyli və Babaylı kəndinin üstündən keçir. Ağalı kəndinin yanından keçərək Həkəri çayının üzərindən Alıbəyli kəndi istiqamətinə yönəlir. Ağalı kəndi bir növ mərkəz rolunu oynadığı üçün bura da stansiya nəzərdə tutulub.
Alıbəyli kəndindən üzü Şərifana doğru davam edən dəmiryolu xətti buradan keçərək əvvəlki Mincivan stansiyasına birləşəcək. Buradan isə keçmişdəki xətt üzrə davam edərək Naxçıvana birləşdirilməsi nəzərdə tutulub.
İşlər sürətlə davam etdirilir. Zəngəzur dəhlizi açıldıqdan sonra dəmiryolunun əhəmiyyəti daha da artmış olacaq.
Elməddin Muradlı
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA

























