Zibi maşını ağır qəzaya səbəb oldu; yaralı var

Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Prospektlə "Koroğlu" metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən "Lexus" markalı avtomobil Bakı Şəhər İcra Hakimiyyətin məxsus olan və məişət tullantıları daşıyan "MAN" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "Lexus"un sürücüsü 26 yaşlı Həsənov Taleh Azad oğlu xəsarət alıb və xəstəxanaya aparılıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.
"Lexus"un mühərrik hissəsində tüstülənmə baş verdiyindən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğınsöndürənlər yanğın təhlükəsinin qarşısını alıblar. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















