AQTA əməkaşlarını kafeyə buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib.
Avtosfer.az xəbər verir ki, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M. Talışxanov küçəsində yerləşən “Göyərçin” kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib.
Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibkarı A. Həşimov onlara mane olaraq, yoxlama yerinə buraxmayıb.
Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Həşimov bildirib ki, müraciət edən şəxs əvvəllər də dəfələrlə onun kafesi ilə bağlı şikayətlər etdiyi üçün həmin gün əsəbi olub. O, etdiyi əməlin səhv olmasını bildiyini və AQTA əməkdaşlarına yoxlama üçün imkan yaradacağını bildirib.
Məhkəmənin qərarı ilə A. Həşimov 3000 manat məbləğində, inzibati qaydada cərimələnib. (modern.az)
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












