Bakıda həmkarlarını işə düzəldən qadın müəllimə cinayət işi açıldı

Bakıda dələduzluq edən qadın müəllimə cinahyət işi açılıb.
Avtosfer.az xəbər verir ki, gimnaziyalardan birində riyaziyyat fənnini tədris edən 35 yaşlı Fərqanə Süleymanova dələduzluqda ittiham olunur.
Məlumata əsasən, o, arvadını Bakıdakı məktəblərin birində ingilis-dili müəllimliyinə düzəltmək istəyən Sahiblə tanış olub. Dələduzluq məqsədilə Sahibə arvadını müəllim kimi işə düzəldəcəyinə inandırıb və bunun üçün ondan ümumilikdə 13 min manat pul alıb. Lakin verdiyi sözü yerinə yetirməyib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Zərərçəkənin şikayəti əsasında Fərqanə Süleymanova saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs günahnı etiraf edib və özünə haqq qazandırmayıb. Onun sözlərinə görə, zərərçəkənə vurduğu ziyanı tam ödəyib. Zərərçəkən Sahib də həmçinin Fərqanəyə qarşı şikayət və tələbinin olmadığını deyib.
F. Süleymanova məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq olunub və cinayət işi nə xitam verilib. (modern.az)
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












