Bakıda kişi "uşağı bağçaya sən apar" deyən arvadını DÖYDÜ

Bakıda kişi arvadını döyüb.
Avtosfer.az xəbər verir ki, hadisə Xəzər rayonu, Yeni Ramana qəsəbəsi, Murtuza Muxtarov küçəsində qeydə alınıb.
Məlumata görə, 37 yaşlı Tural Əhmədov (şərti adla) yaşadıqları evin mətbəxində arvadının sifətinə yumruq və təpiklə zərbələr vuraraq, ona xəsarətlər yetirib.
Buna səbəb isə qadının “uşağı bağçaya sən apar” deməsi olub. Qeyd olunur ki, qadının belə deməsi Turalın xoşuna gəlməyib və arvadına etiraz edərək, irad bildirib. Yaranan mübahisə zamanı Tural məsələni daha da böyüdüb və əsəbiləşərək, arvadını döyüb.
Hadisə ilə əlaqədar T. Əhmədov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və dəymiş zərəri ödədiyini deyib. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığınıbildirib. Hər ikisi məhkəməyə təqdim etdikləri ərizədə cinayət işinə xitam verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilərək, T. Əhmədov məsuliyyətdən azad olunub. (modern.az)
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












