Bu sürücülər saatda 70-km sürəti aşmamalıdırlar - VİDEO

Havaların isindiyi və dərs ilinin sonuna az qaldığı bir vaxtda məktəblilərin rayonlara səfərləri də artacaq.
Xüsusən də 11-ci sinifi bitirən məzunların müəllimləri ilə birlikdə gəzməli-görməli yerlərə qrup halında avtobuslarla getməsi hallarına tez-tez rast gəlinəcəyi gözlənilir.
Bu da şagirdlərin təhlükəsiz səfərləri məsələsini aktuallaşdırır. Bəs sürücülər nələrə diqqət etməlidirlər ki, yollarda qəza riski yaranmasın?
Avtosfer.az-ın məlumatına görə, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, xoşagəlməz halların qarşısın almaq üçün sürücülər qoyulan tələblərə əməl etməlidirlər. Ekspertin sözlərinə görə, məktəbliləri daşıyan sürücülər yolda icazə verilən həddən asılı olmayaraq, saatda 70-km sürəti aşmamalıdırlar.
Ekspertin fikrincə, səfər təşkil edilərkən təcrübəli bələdçi də olmalıdır ki, avtobusda uşaqları idarə edə bilsin. Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi də tur təşkil edənlərə və sürücülərə müraciət edib. Bildirilib ki, səfərə çıxmazdan əvvəl avtobusun texniki sazlığına da diqqət yetirilməlidir.
Qeyd edək ki, qanunvericiliyə görə, əgər bir məktəbin bütün kollektivi belə səfərləri 2-3-4 avtobusla edirsə, təhlükəsizliyi təmin etmək üçün yol polisi həmin nəqliyyat karvanını müşayiət etməlidir.
Daha ətraflı videomaterialda:
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










