Buzovnada dənizdə 3 nəfər batdı; biri xilas edildi - VİDEO - YENİLƏNİB

Bu gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə bacı və iki qardaşının batdığı ərazidə daha əvvəl 4 dost da həyatını itirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Fərid İlhamoğlu Baku TV-yə bildirib.
O əlavə edib ki, FHN tərəfindən aparılmış monitorinqlər zamanı bu kimi qayalıq və təhlükəli ərazilər ən riskli məkanlar kimi qeydə alınıb:
"Hətta onların adlarını da çəkmək istərdim. Belə ki, Mərdəkan-Şüvəlan qəsəbəsində yerləşən "Şimal" DRES, "Milqaya", Bilgəh qəsəbəsi, Nardaran qəsəbəsində yerləşən 12-ci dalan və "Daçnik", Novxanı qəsəbəsindəki Sarıqaya və Sahil qəsəbəsində yerləşən "Mayak" kimi tanınan ərazilər ən təhlükəli məkanlar hesab edilir.
Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür ərazilərə daxil olaraq həyatlarını təhlükəyə atmasınlar. Çünki həmin yerlər bol qayalıqlar, sualtı axınlar, yarğanlar və çuxurlarla zəngindir. Bu xüsusiyyətlər insan həyatı üçün ciddi təhlükə yaradır".
***12:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Vətəndaş - 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO










