Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Bakıda özünü müxtəlif dövlət qurumlarının məsul əməkdaşı kimi təqdim edərək vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Anar Quliyev həbs edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əvvəllər də eyni əməllərə məhkum olunmuş Quliyev Anar Sabir oğlu tanışı Abdullayev Kamran Məsməli oğlunun etibarından sui-istifadə edib onu inandırıb aldadaraq, zərərçəkmişin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 61E ünvanında yerləşən, ümumi sahəsi 1000 kvadratmetr olan dörd mərtəbəli yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının köməkliyi ilə həll ediləcəyini vəd verib.
Təqsirləndirilən şəxs zərərçəkmişlə ayrı ayrı məkanlarda görüşərək ondan ümumilikdə 44.500 manat məbləğində pul alaraq dələduzluq etməkdə ziyan vurub.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












