Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova görüntülərə münasibət bildirib.
Qurum rəsmisi bildirib ki, hərəkətin nümayişkaranə şəkildə lentə alınması təəssüf doğurur:
İ.İbrahimova onu da qeyd edib ki, təbiətə qarşı bu cür məsuliyyətsiz münasibət yolverilməzdir.
"Tullantıların ətraf mühitə atılması, xüsusilə də bu hərəkətin nümayişkaranə şəkildə lentə alınması təəssüf doğurur. Ətraf mühitin qorunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə cəmiyyətin hər bir üzvü nümunəvi davranış nümayiş etdirməlidir. Görüntülərdə əks olunan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis araşdırma aparır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov da açıqlamasında mövzuya münasibət bildirib.
O vurğulayıb ki, bu ekoloji tərbiyə ilə bağlı bir hadisədir və bu addım qınanılmalıdır:
"Belə bir hərəkət sürücü tərəfindən edilibsə, bu, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir. Yəni ondan qabaq da artıq o ərazini kimsə artıq zibilləyibdir. Bu özü də yaxşı hal deyil. Yəni həmin sürücünün də ora əlavə zibil atmağı və bunu da sosial şəbəkədə paylaşmağı əslində məntiqsizdir. Bunu tənqid etmək yerinə, əksinə, bir az da bu ətraf mühiti tullantı ilə çirkləndirməyi ilə fəxr edir. Bu da cəmiyyətdə çox təəssüf ki, neqativ bir haldır. Ekoloji tərbiyə ilə bağlı bir məsələdir və ümumiyyətlə, bu ümumi tərbiyə ilə bağlı bir məsələdir. Bunu da ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən ictimaiyyət nümayəndələri olaraq biz qınayırıq və bu cür halların baş verməməsini arzu edirik"./baku.ws
***
Sosial şəbəkələrdə ətrafı tullantılarla çirkləndirən sürücünün görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, "Ford" markalı avtombilin sürcüsü maşınını bir yerdə saxlayıb, içindəki bütün plastik butulkaları kənara atmağa başlayıb.
O bu hərəkətini normal bir addımı kimi videoya çəkərək sosial şəbəkələrdə yayıb.
İstifadəçilər onu bu hərəkətinə görə qınayıblar. Onlar sürücünün bu addımının doğru olmadığını qeyde diblər.
Sözügeedən görüntüləri təqdim edirik:
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO










