Evdən icazəsiz çıxan gəlinini ÖLDÜRDÜ: MAŞTAĞADA DƏHŞƏT

Gəlinini qətlə yetirən Ağanəbi Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə 2025-ci ilin mayında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, Əliyev Ağanəbi Seyidmövsüm oğlu gəlni Dürdanə Əliyevanın övladlarının qayğısına qalmayaraq tez-tez qohumlarıgilə getməsinə irad bildirib.
Bu hal dəfələrlə təkrarlanıb və Dürdanə Əliyeva 2025-ci il mayın 5-də yenidən evdən icazəsiz çıxıb və onun narazılığına məhəl qoymayıb. Artıq bundan sonra gəlin-qayınata arasında mübahisə yaranıb və Dürdanə Əliyeva onunla təhqir dolu ifadələr işlədərək evdən qovub. Bundan hiddətlənən Ağanəbi Əliyev onu öldürmək qərarına gəlib.
Ağanəbi özünəməxsus fərdi evdən mətbəx bıçağını götürərək Dürdanə Əliyevanın yaşadığı evə daxil olaraq ona bir neçə bıçaq zərbələri endirib. O, gəlininə boyun və qarın nahiyələrindən ümumilikdə 6 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyevanın üç azyaşlı övladı qalıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun 9 aprel 2026-cı il tarixli hökmünə əsasən Hökmə əsasən, Ağanəbi Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.(Mənbə: Unikal)
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












