Futbol matçında azarkeşlər arasında dava; 79 nəfər xəsarət alıb

Almaniyada regional futbol liqasında ötən gün oynanılan “Karl Zeiss Yena” – “Chemie Leipzig” (5:0) qarşılaşmasından sonra baş verən kütləvi davada 79 nəfər xəsarət alıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, hələ oyundan əvvəl 350-dək azarkeş şəhərdə icazəsiz aksiya keçirib. Lakin polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək bu aksiyanın qarşısını alıb.
Ümumilikdə 7 mindən çox azarkeşin izlədiyi matçda final fitindən sonra tərəfdarlar arasında qarşıdurma baş verib. Polis kütləvi davanın qarşısını almaq üçün yenidən gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub. Şiddətli qarşıdurma nəticəsində stadiona xeyli ziyan dəyib. Xəsarət alan 79 nəfərin 10-u polis əməkdaşı, 64-ü isə azarkeşdir.
Qarşıdurma ilə əlaqədar Yena Əyalət Polis İdarəsində araşdırma aparılır, ümumilikdə 40 protokol tərtib edilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












