Müəllimini güllələyən şagirdlə bağlı ŞOK DETAL: Müəllim ona nə deyibmiş?

Hadisə 1 İyul 2026 12:41
Müəllimini güllələyən şagirdlə bağlı ŞOK DETAL: Müəllim ona nə deyibmiş?
WhatsApp kanalımıza abunə olun

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə 
prokuror ittiham aktını elan edib. 

İttihama görə, müəllim Şəhla Kamilova  şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra  yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib. 

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib. 

Növbəti iclas iyulun  24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh