İşıqforu gözardı edərək yolu keçən qadın övladını da təhlükəyə atdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Olimpiya küçəsində piyadaların yol hərəkəti qaydalarını pozması kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, piyadalar işıqforun qadağanedici işığına məhəl qoymadan nizamlanan piyada keçidindən istifadə edirlər. Onlardan biri olan qadın piyada isə ətrafa diqqət etmədən, yaxınlaşan nəqliyyat vasitəsini nəzərə almadan yolu keçməyə çalışır. Daha təhlükəli məqam isə onun azyaşlı övladı ilə birlikdə hərəkət etməsidir.
Sürücünün keçidə yaxınlaşarkən sürəti azaltması və ehtiyatlı davranması baş verəcək təhlükənin qarşısını alıb.
Qeyd edək ki, bəzi piyadalar nizamlanan keçidlərdən istifadə etsələr də, işıqforun tələblərinə əməl etmirlər. Halbuki belə keçidlərdə yolu yalnız nəqliyyat vasitələri üçün qırmızı işıq yandıqda keçmək olar. Əks halda piyada həm inzibati məsuliyyət daşıyır, həm də öz həyatını təhlükə altına atmış olur.
Bir sözlə, piyadalar istər nizamlanan, istərsə də nizamlanmayan keçidlərdə yolu keçməzdən əvvəl mütləq hərəkət intensivliyini qiymətləndirməli, yaxınlaşan avtomobillərin dayandığına əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.
Nərmin
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












