İkimərtəbəli bağ evində yanğın - 7 nəfər ölüb

Noyabrın 5-nə keçən gecə Rusiyanın Surqut şəhərinin yaxınlığındakı “Pribrejnıy-1” bağçılıq kooperativində dördü uşaq olmaqla yeddi nəfərin həyatına son qoyan güclü yanğın baş verib.
Avtosfer.az Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ikimərtəbəli bağ evi alovlanıb. Yanğınsöndürənlər gələnə qədər dam örtüyü uçub və dağıntılar altından üç yetkin və dörd uşağın cəsədi tapılıb. Yanğını təxminən iki saatdan sonra, yalnız səhər saatlarında söndürmək mümkün olub. Üç nəfər xilas ola bilib, onlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, faciəyə elektrik naqillərinin nasazlığı və ya istilik sistemi səbəb ola bilər. Bağ evində yaşayan ailə uşaqların müdafiəsi orqanlarında qeydiyyatda olub.
Yuqra Səhiyyə İdarəsi bildirib ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Sağ qalan digər iki nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












